19 
Yan
2017
09:35
93
22
1797
Virtual karabakh

Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər – FOTO

19 Yan, 2017
09:35
1797

Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin.

Oxu.Az Trend-ə istinadən məlumat verir ki, bunu Vyetnam prezidenti Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.

Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.

Ç.D.Kuanq bildirib ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompüter məhsullarını Azərbaycana ixrac etməyə hazırdır.

Vyetnam prezidenti, eyni zamanda turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxılmasının da lazım olduğunu deyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri