19 
Yan
2017
09:47
46
123
6792
Virtual karabakh

Mərkəzi Bank manatı stabil saxlayacaq – PROQNOZ

19 Yan, 2017
09:47
6792

Mərkəzi Bank manatı stabil saxlayacaq – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən manat rəsmi olaraq dollar qarşısında 2,7 qəpik və ya təxminən 1,5% bahalaşdı.

Oxu.Az xəbər verir ki, “Marja”nın yaydığı məlumatda bildirilir ki, son 3 hərracda dolların bahalaşması isə 3,2%-ə çatıb. 

“Sanki Azərbaycan Mərkəzi Bankı (AMB) dolların məzənnəsini 1,95-2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Dolların 2 manatdan yuxarı səviyyələrə qalxması daha dərin sosial-iqtisadi problemlər yarada bilər. 2 manat psixoloji səviyyədir. Çoxları xeyli müddətdir dolların bu qiymətə qalxacağını proqnoz edirdi. Növbəti gözlənilən yüksək səviyyələr 2,20 və 2,40 manatdır.

Lakin Mərkəzi Bank dolların manat qarşısında bu səviyyələrə qalxmasına müdaxilə edə bilər. 
Belə ki, bu il Neft Fondu (SOFAZ) Mərkəzi Banka 4,2 milyard köçürəcək ki, bu vəsait məzənnənin sabitləşdirilməsinə yönəldilə bilər”, - deyə sayt yazır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri