19 
Yan
2017
11:23
33
146
8287
Virtual karabakh

FED sədrindən uçot faiz dərəcəsi ilə bağlı – MÜHÜM BƏYANAT

19 Yan, 2017
11:23
8287

FED sədrindən uçot faiz dərəcəsi ilə bağlı – MÜHÜM BƏYANAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Janet Yellen, pul siyasəti faizini 2019-cu ilin sonuna qədər ildə bir neçə dəfə artırmağı nəzərdə tutduqlarını bildirib.

Oxu.Az xəbər verir ki, Yellen San-Fransisko şəhərində qatıldığı bir toplantıda etdiyi açıqlamada ABŞ iqtisadiyyatının FED-in məşğulluq və qiymət sabitliyi (inflyasiya) hədəflərinə yaxın olduğunu söyləyib və pul siyasətinin mərhələli sərtləşdiriləcəyini və növbəti faiz artımlarının iqtisadiyyatın qarşıdakı aylarda necə inkişaf edəcəyinə bağlı olduğunu deyib.

İşsizlik nisbətinin 5%-dən aşağı düşdüyünü və inflyasiyanın 2%-ə yaxınlaşdığını ifadə edən Yellen, keçən ay edilən 25 bəndlik faiz artımının iqtisadiyyatda qeyd edilmiş irəliləyişi əks etdirdiyini dilə gətirib.

“İndi bir çoxları gələcək faiz artımlarının qəti zamanını və faizlərin nə qədər yüksələcəyini bilmək istəyir, ancaq sadə gerçək budur ki, sizə cavab verə bilməyəcəyəm. Çünki cavab iqtisadiyyatın gələcək aylarda necə inkişaf edəcəyinə bağlıdır. İqtisadiyyatımız çox böyük və kompleksdir; gedəcəyi yolun çaşdırıcı dönüşləri və döngələri ola bilər.

Ancaq sizə nə gözlədiyimizi söyləyə bilərəm. Keçən ay mən və bir çox həmkarım federal fond nisbətini 2019-cu ilin sonuna qədər ildə bir neçə dəfə artırmağı nəzərdə tutduq. Beləcə faiz nisbəti uzun müddətdə (2020-ci ilədək) təxminən 3%-ə yaxınlaşacaq”.

Pul siyasətinin davamlı dəyişən iqtisadiyyata uyğunlaşmaq məcburiyyətində olduğunu vurğulayan Yellen, neytral faiz nisbətini təsbit etmək və bunun tətbiqinin bir evdəki termostatı nizamlamağa bənzəmədiyini, mühit istiliyini 20 dərəcəyə nizamlayıb getməyin mümkün olmadığını izah edib.

Yellen, pul siyasətinin təsirlərinin zaman içində ortaya çıxdığına işarə edərək, bu səbəblə qərarlarını ən yaxşı təxminlərinə görə vermək məcburiyyətində olduqlarına diqqəti çəkib.

Çıxışının ardından iştirakçıların suallarını cavablandıran FED rəhbəri, dolların son zamanlarda dəyər qazanmasını qiymətləndirib.

FED-in sərtləşdirdiyi pul siyasəti səbəbilə iki ildir yüksəliş meyilində olan dolların, son dövrdə yeni rəhbərliyin gözlənilən maliyyə siyasətlərinə bağlı olaraq daha çox dəyər qazandığını qeyd edən Yellen, bu vəziyyətin ABŞ-ın xarici ticarət kəsirinə mənfi təsir etməyə davam edəcəyini bildirib.

FED sədri J.Yellen, Barak Obama rəhbərliyindən pul siyasəti baxımından heç bir zaman təzyiq hiss etmədiyini ifadə edib.

ABŞ-ın maliyyə naziri Ceykob Lyu ilə hər həftə görüşdüyünü bildirən Yellen, bu görüşlərin yalnız məlumat mübadiləsi üçün reallaşdırıldığını dilə gətirərək, “Heç bir zaman Obama rəhbərliyindən birinin mənə pul siyasətilə əlaqədar təzyiq etdiyi bir vəziyyətlə qarşılaşmadım”,- deyib.

Yellen ABŞ iqtisadiyyatının müvəffəqiyyətinin FED-in və hökumətin ortaq mənfəətləri üçün olduğunu sözlərinə əlavə edib.

Mənbə: Marja.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri