19 
Yan
2017
14:46
15
130
2651
Virtual karabakh

Komitə sədri “Sınıq Körpü”dəki növbə və problemlərdən danışdı

19 Yan, 2017
14:46
2651

Komitə sədri “Sınıq Körpü”dəki növbə və problemlərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda gömrük orqanlarında kadr problemi var. Biz bununla bağlı hökumət qarşısında məsələ qaldırmışıq”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

“Hazırda sərhəd-keçid məntəqələrində və hava nəqliyyatında kadr çatışmır”, - deyə o əlavə edib.

A.Əliyev rəhbərlik etdiyi qurumun Azərbaycana göz qişası idxalına imkan verməməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: “Göz qişası ölkəyə gətirilməsinə yol verilən mallar siyahısında deyil. Əgər hansısa qərar qəbul edilsə, biz də buna şərait yaradarıq”.

Komitə sədri “Sınıq körpü” keçid məntəqəsində baş verən sıxlığa da aydınlıq gətirib:

“Azərbaycandan Gürcüstana hansısa əşya aparmaq mümkün deyil. Amma Gürcüstandan bura hər dəqiqə mal keçirirlər. Gürcüstanda bəzi işbazlar var ki, Azərbaycana qanunsuz pampers, siqaret keçirirlər. Bizdə elə insanlar var ki, 3-5 saniyədən bir rentgen aparatından keçir. Hansı ki, o şüadır və leykomiya xəstəliyi yaradır”. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri