19 
Yan
2017
17:42
49
122
2670
Virtual karabakh

Gömrük Komitəsi: Satılan məhsulların pulu ölkəyə gətirilməlidir

19 Yan, 2017
17:42
2670

Gömrük Komitəsi: Satılan məhsulların pulu ölkəyə gətirilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb”.  

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

“İxracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. 

Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi xarici valyutanın sərhəddən keçirilməsinə nəzarət etməyə cavabdehdir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri