19 
Yan
2017
17:55
27
140
4554
Virtual karabakh

Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü

19 Yan, 2017
17:55
4554

Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcəklər.

Mərkəzi Bank bununla bağlı  kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır.

AMB gələn həftənin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri