20 
Yan
2017
20:20
274
123
10666
Virtual karabakh

Ekspert: Azərbaycan manatı öz real məzənnəsini tapacaq

20 Yan, 2017
20:20
10666

Ekspert: Azərbaycan manatı öz real məzənnəsini tapacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər yeni müzakirə və mübahisə mövzusu ortaya çıxıb ki, Mərkəzi Bank (AMB) tərəfindən cari ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının yeni formatda keçirilməsindən, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanın ləğvindən sonra manat “tam üzən məzənnə” rejiminə keçib, ya yox.

Qeyd olunan mövzuya dair AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev öz sözləriylə tam aydınlıq gətirərək söyləyib ki, artıq, manatın məzənnəsini banklar müəyyən edir.

Bu isə o deməkdir ki, məzənnə tam liberal əsasda formalaşır. Bəs, əslində vəziyyət necədir?Manatın dəyəri həqiqətənmi tam sərbəst buraxılmışdır?

Azərbaycanda hökumət manatın məzənnəsini əvvəl idarəolunan, hazırda isə valyuta hərraclarının keçirilməsi mexanizmini yavaş-yavaş təkmilləşdirmək, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etmək yolu ilə tam sərbəst tənzimlənən rejimə keçməklə əslində, valyuta ehtiyatlarımızı bacardıqca qorumaq siyasəti yürütmüşdür. Və buna əhəmiyyətli dərəcədə nail olmuşdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib. 

“AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev qeyd edib ki, manatın orta çəkili məzənnəsi həm hərracda, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatlar nəticəsində müəyyən olunur. 

Və həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur - inzibati yolla təyin edilmir. Yəni ki, manatın orta çəkili məzənnəsinə təkcə hərracdakı qiymət deyil, ondan kənar əməliyyatların nəticələri də təsir edir.

Sözün qısası, ölkəmizdə “tam üzən məzənnə” rejimi məhz bu mexanizmdən ibarətdir. Bundan artıq, tələb və təklif nisbəti üzrə müvafiq nəticələr gözləməyə dəyməz və bu, absurddur. AMB uzunmüddətli hazırlıqdan sonra bu mərhələyə gəlib çatmışdır ki, Azərbaycanda manat öz real məzzənəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacaqdır.

O ki qaldı valyuta bazarı iştirakçılarına, başqa sözlə desəm, xarici valyuta - dollar təklifiylə yalnız Neft Fondunun çıxış etməsi məsələsinə, banklar iqtisadiyyatın real sektoruyla qarşılıqlı əlaqəyə nail olduqca və bu sahədə əməkdaşlıq bərpa olunduqca bu müstəvidə də müsbət dəyişikliklərin, yəni tədricən alternativ imkanların təşəkkül tapacağının şahidi ola biləcəyik.

Ancaq hazırda əsas fakt odur ki, manatın məzənnəsi üzrə son günlər ərzindəki dəyişikliklər tempi və dinamika onun arxasında hələki yalnız neft amilinin durmasına baxmayaraq, hər halda səbəst şəkildə üzə bildiyini göstərir”, - deyə P.Heydərov deyib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri