23 
Yan
2017
12:18
13
71
2678
Virtual karabakh

Neft Fondu Beynəlxalq Banka nə qədər vəsait ayıracaq?

23 Yan, 2017
12:18
2678

Neft Fondu Beynəlxalq Banka nə qədər vəsait ayıracaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə Dövlət Neft Fondundan (SOFAZ) Azərbaycan Beynəlxalq Bankına (ABB) ayrılacaq vəsaitin məbləği məlum olub. 

Oxu.Az xəbər verir ki, Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu il bankın sağlamlaşdırılmasına  ən azı 1,5 milyard dollar ayrılacaq.   

Həmin vəsaitin məhz birbaşa ABŞ dolları ilə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2017-ci ildə Dövlət Neft Fondundan Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 milyard manat və ya 4,2 milyard dollar məbləğində transfer ediləcək. Həmin vəsaitin bir hissəsi ABB-nin sağlamlaşdırılmasına sərf ediləcək.

Qeyd edək ki, ötən il SOFAZ Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib. 
Başqa sözlə, Fond 2001-ci ildən sonra ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Neft Fondunun 1 milyard dollar depoziti Beynəlxalq Bankın xarici borclarının ödənilməsi üçün istifadə ediləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri