23 
Yan
2017
11:15
6
55
1679
Virtual karabakh

“Expresso” sizə maksimum imkanlar verəcək

23 Yan, 2017
11:15
1679

“Expresso” sizə maksimum imkanlar verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” özündə maksimum imkanlar birləşdirən – “Expresso” kartı təqdim edir.

“Expresso” kart – debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi olan unikal kartdır.

“Expresso” kartın istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Yəni, müştəri istifadə etdiyi məbləği növbəti ayın 5-dək əlavə faiz hesablanmadan ödəyə bilər. 

Kart üzrə kredit xətti gəlirləri təsdiq edən sənəd əsasında illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.

“Expressbank”ın plastik kartları “ExpressClub” layihəsində iştirak etdiyindən, “Expresso” kartı ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cash back” qazanırlar. Lakin “Expresso” kartın imkanları bununla da bitmir.

“Expresso” kartın digər bir üstünlüyü – təmassız ödəniş imkanıdır. 20 AZN-dək xırda ödənişləri kartı POS-terminala yaxınlaşdıraraq PİN-kod yığmadan aparmaq mümkündür. Bu həm nağdsız ödənişlərin təhlükəsizliyini yüksəldir, həm də müştərilərin vaxtına qənaət edir.

Bütün bunlardan əlavə, kartın hesabını istənilən “ExpressPay” ödəniş terminalı ilə artırmaq imkanı, pulsuz SMS banking, hesabdakı pulun qalığına illik 3% gəlir və s. əlavə imkanlar bu kartı müştərilər üçün əvəzedilməz edir.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri