23 
Yan
2017
15:43
17
109
2617
Virtual karabakh

Səfər Mehdiyev: Gömrükdən keçilmə vaxtı 3 saatda 20 dəqiqə azaldılıb

23 Yan, 2017
15:43
2617

Səfər Mehdiyev: Gömrükdən keçilmə vaxtı 3 saatda 20 dəqiqə azaldılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) kollegiya iclası keçirilib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən komitə sədrinin birinci müavini Səfər Mehdiyevin sözlərinə görə, ötən il DGK üçün uğurlu olub və əldə olunan nailiyyətlər heç də asan başa gəlməyib.

S.Mehdiyev qeyd edib ki, ötən il makroiqtisadi sabitlik təmin edilib və burada gömrük ödənişlərinin alınaraq dövlət büdcəsinə köçürülməsinin təmin olunması böyük rol oynayıb: 

“Ötən il gömrük daxilolmaları ilə bağlı proqnoz artıqlaması ilə yerinə yetirilib. İl ərzində komitənin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 810 mln. manat məbləğində proqnoza qarşı 2 mlrd. 291 mln. 597,51 min manat daxil olub. 

Gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 699 mln. 690,08 min manat və ya 43,95% artıb. 2016-cı il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 600 mln. 208,37 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 515 mln. 252,82 min manat, aksizlər üzrə 92 mln. 894,26 min manat, yol vergisi üzrə isə 83 mln. 242,06 manat təşkil edib”.

Sədr müavini bildirib ki, ötən il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 mlrd. 675 mln. 727,26 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 19,46% azdır. “Ötən il ərzində idxal əməliyyatları 8 mlrd. 532 mln. 447,51 min dollar olub ki, bu da 2015-ci illə müqayisədə 7,42% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 9 mlrd. 143 mln. 279,75  min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 28,17% azdır. Nəticədə 610 mln. 832,24 min dollar məbləğində müsbət saldo yaranıb”.

Onun sözlərinə görə, Azərbaycanın gömrük sərhədlərinin keçilmə vaxtı 3 saatda 20 dəqiqə azaldılıb.

Çıxışının sonunda S.Mehdiyev qeyd edib ki, dünyada davam edən iqtisadi böhran Azərbaycanda aparılan iqtisadi artıma ciddi təsir etmir.

O vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı davam etdiriləcək. “2017-ci ildə gömrük orqanları qarşısında duran 2 mlrd. 210 mln. manat proqnoz öhdəliyinin dövlət büdcəsinə köçürülməsi tam olaraq yerinə yetiriləcək”, - deyə o əlavə edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri