23 
Yan
2017
20:04
27
145
3758
Virtual karabakh

Qızılın qiyməti iki aylıq maksimuma yüksəlib

23 Yan, 2017
20:04
3758

Qızılın qiyməti iki aylıq maksimuma yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarında qızılın qiyməti 2016-cı il noyabrın 17-dən etibarən (1219 dollar/unsiya) ən yüksək həddə çatıb. 

Oxu.Az xəbər verir ki, buna səbəb ABŞ-ın yeni prezidentinin proteksionist iqtisadi qərarlar qəbul edəcəyi ilə bağlı investorların narahatlıq keçirməsi və risksiz maliyyə aktivlərinə yönəlməsi göstərilir. 

Qızılın qiymətinin artması, həmçinin dolların məzənnəsinin azalması amili ilə dəstəklənir. 

Xatırladaq ki, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi son bir ayın maksimal həddinə çataraq 1,0750 olub. 

Məzənnənin bir qədər də artması gözlənilir. Bu da nəticədə qızılın bahalaşmasına gətirib çıxaracaq. 

“Əlbəttə, bu, müvəqqəti haldır. Qızılın qiymətinin ortamüddətli perspektivdə 1000 dollar/unsiyadan aşağı enəcəyi proqnozlaşdırılır”, - deyə analitiklər qeyd edirlər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri