24 
Yan
2017
10:43
9
92
2420
Virtual karabakh

Manatın dekabr üzrə orta məzənnəsi məlum olub

24 Yan, 2017
10:43
2420

Manatın dekabr üzrə orta məzənnəsi məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 mlrd. 275,5 mln. manat təşkil edib, onun 12 mlrd. 824,5 mln. manatı uzunmüddətli kreditlər olub. 

Oxu.Az xəbər verir ki, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2% azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ni təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7 mlrd. 605,8 mln. manat olub.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 avroya - 1,84 manata (1,77), 100 Rusiya rubluna - 2,82 manata (2,39) bərabər olub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri