24 
Yan
2017
10:25
19
107
1640
Virtual karabakh

Davosda “PwC” və SOCAR rəhbərləri arasında görüş keçirildi

24 Yan, 2017
10:25
1640

Davosda “PwC” və SOCAR rəhbərləri arasında görüş keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Davosda keçirilən Dünya İqtisadi Forumunda “PwC”-nin qlobal şəbəkəsinin prezidenti Bob Moritz, Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Olqa Qriqer ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov arasında görüş keçirilib.

“PwC”-dən Oxu.Az-a verilən məlumata görə, görüşdə hər iki tərəf üçün əhəmiyyət kəsb edən bir çox strateji məsələ və təşəbbüslər, o cümlədən Azərbaycan və regional iqtisadiyyatın inkişafı mövzusunda açıq və səmərəli müzakirə aparılıb.

“PwC”-nin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Olqa Qriqer-Siddons deyib:

“Dünya İqtisadi Forumu qlobal şəbəkəmizdəki önəmli tərəfdaşlar və müştərilər ilə görüşmək və strateji biznes məsələlərini və imkanları müzakirə etmək üçün gözəl şərait yaradır. Cənab Abdullayev və cənab Nəsirov ilə görüşümüzdən məmnun olduq. Biz SOCAR ilə münasibətlərimizə böyük dəyər veririk və peşəkar məsləhətçi kimi SOCAR-la əməkdaşlığımızı davam etdirmək arzusundayıq”.

SOCAR Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsidir. O, ölkənin neft və qaz sənayesi üçün yol açmaqla yanaşı, qabaqcıl idarəetmə təcrübəsindən istifadə etməklə iqtisadiyyatın modernləşdirilməsinə böyük töhfə verib.

SOCAR şirkətin transformasiya proqramını həyata keçirməkdə ona dəstək olmaq üçün “PwC” şirkətinə etimad edib. “PwC” SOCAR-ın strareji tərəfdaşıdır və bu münasibətlərin əhəmiyyəti bizim məqsədimizin mahiyyətində öz əksini tapıb. Məqsədimiz isə cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib:

“SOCAR maliyyə və idarəetmənin təkmilləşdirilməsi sahəsində “PwC” ilə bir sıra yüksək əhəmiyyətli layihələrdə tərəfdaşlıq edib. “PwC” rəhbərliyinin ölkəmizə və şirkətimizə qarşı göstərdiyi yüksək diqqətə görə məmnunuq. 

Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə başlayır. SOCAR yeni iqtisadi yol xəritəsinin ayrılmaz bir hissəsidir və biz “PwC”-nin bu sahədə qazandığı bilik və qabaqcıl təcrübəsindən yararlanmağa ümid edirik.

SOCAR “PwC” üçün beynəlxalq əhəmiyyətli tərəfdaşdır. Bu bir daha şirkətin Azərbaycana və SOCAR-a qarşı göstərdiyi diqqət və qayğını əks etdirir. Biz həm strategiya, həm də icra mərhələlərində SOCAR və Azərbaycana dəyər qazandırmaq üçün qlobal şəbəkəmizdən, bilik və təcrübəmizdən yararlanmaqda davam edəcəyik”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri