17 
Fev
2017
15:04
20
130
3882
Virtual karabakh

Banklar nağd valyuta bazarında nə qədər qazanır? – MONİTORİNQ

17 Fev, 2017
15:04
3882

Banklar nağd valyuta bazarında nə qədər qazanır? – MONİTORİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankı arasında ABŞ dollarının nağd şəkildə alqı-satqısından ən çox qazanan “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir. 

Oxu.Az xəbər verir ki, bu, “Report”un apardığı monitorinq nəticəsində məlum olub.

Adıçəkilən bank Amerika valyutasını 1,6304 manatdan alır, 1,8400 manata satır. Yəni, 1 dollar üzrə gəlirlilik marjası 20,96 qəpikdir.

Banklar arasında dollar alverindən ən az qazanan isə “Günaybank” ASC-dir. Bu bankda alış qiyməti 1,7950 manat, satış qiyməti isə 1,8350 manatdır. Yəni, hər dollar üzrə gəlirlilik marjası 4 qəpikdir.

Banklar arasında avronun nağd şəkildə satışından ən çox qazanan isə “Bank of Baku” ASC-dir. Bu bank Avropa valyutasını 1,7800 manatdan alır, 2,0400 manata satır. Yəni, 1 avro üzrə gəlirlilik 26 qəpikdir.

Avro alverindən ən az qazanan da “Günaybank”dır. Bu bankda alış qiyməti 1,9020 manat, satış qiyməti isə 1,9720 manatdır. Yəni, hər avro üzrə gəlirlilik marjası 7 qəpikdir.

Qeyd edək ki, cədvəllərdə göstərilmiş valyuta məzənnələri bu gün saat 12:30-13:00 radələrində qüvvədə olub.

Cədvəllərdə təqdim edilmiş rəqəmlərlə bağlı bu linkdən daha ətraflı məlumat ala bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri