17 
Fev
2017
18:35
43
433
2504
Virtual karabakh

Azərbaycan iqtisadiyyatı artıb

17 Fev, 2017
18:35
2504

Azərbaycan iqtisadiyyatı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar ayında Azərbaycanın rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq 5 mlrd. 233,1 mln. manat təşkil edib.

Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitədən qeyd edilib ki, ÜDM istehsalının 47,7%-i sənayenin, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8%-i tikintinin, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 15,9%-i isə digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1%-ni təşkil edib. Ümumi daxili məhsulun 56,3%-i iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri