18 
Fev
2017
16:15
68
216
2413
Virtual karabakh

SOCAR İranla müştərək beynəlxalq şirkət yaradacaq

18 Fev, 2017
16:15
2413

SOCAR İranla müştərək beynəlxalq şirkət yaradacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək beynəlxalq şirkət yaratmağı təklif edib.

Oxu.Az xəbər verir ki, bunu APA-ya İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib.

Ə.Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb: 

“Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər razılaşdırılsa iki ölkə müştərək beynəlxalq şirkət təsis edəcək”.

Ə.Kardor SOCAR-ın İrana neft mübadiləsi (neft svopu) ilə bağlı təkliflər verdiyini və hazırda bu məsələnin araşdırıldığını bildirib. 

“Əlbəttə iki ölkə arasında qədim zamanlardan neft mübadilə olunur. İstəyirik ki, bu mübadiləni daha da fəallaşdıraq”.

Ə.Kardor İranda neft hasilatının son durumu ilə bağlı deyib ki, İran  qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri