19 
Fev
2017
18:20
13
204
4006
Virtual karabakh

Azərbaycanda istehlak olunan yanacağın miqdarı açıqlandı

19 Fev, 2017
18:20
4006

Azərbaycanda istehlak olunan yanacağın miqdarı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində ölkədə 1 milyon 90,9 min ton dizel yanacağı, 887,4 min ton mazut yanacağı, 302,1 min ton aviasiya üçün və sair ağ neft, 200,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 173,4 min ton neft bitumu, 141,8 min ton maye qaz, 45,3 min ton sürtgü yağları, 43,1 min ton digər neft emalı məhsulları istehlak edilib.

Oxu.Az marja.az-a istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 4,1 milyon ton olub və 2015-ci illə müqayisədə 10,7 faiz artıb.

Ümumi istehlakın 30,5 faizini avtomobil benzini, 26,3 faizini dizel yanacağı, 21,4 faizini mazut yanacağı, 4,8 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 7,3 faizini aviasiya üçün və sair ağ neft, 4,2 faizini neft bitumu, 3,4 faizini maye qaz, 1,1 faizini sürtgü yağları, 1 faizini isə digər neft emalı məhsullarının istehlakı təşkil edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri