21 
Fev
2017
10:45
4
42
1011
Virtual karabakh

Komitə ÜDM istehsalı ilə bağlı açıqlama yayıb

21 Fev, 2017
10:45
1011

Komitə ÜDM istehsalı ilə bağlı açıqlama yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar ayında ümumi daxili məhsul (ÜDM) istehsalı ilə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, açıqlamaya görə, 2017-ci ilin yanvar ayında ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq 5233,1 milyon manat təşkil edib.

Ümumi daxili məhsulun 56,3%-i iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunub.

ÜDM istehsalının 47,7%-i sənayenin, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8%-i tikintinin, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 15,9%-i isə digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1%-i təşkil edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri