21 
Fev
2017
18:03
8
7
879
Virtual karabakh

“Azəravtoyol” jurnalistləri təltif edib

21 Fev, 2017
18:03
879

“Azəravtoyol” jurnalistləri təltif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində KİV nümayəndələri ilə görüş keçirilib.

Oxu.Az xəbər verir ki, görüşdə çıxış edən ASC-nin sədr müavini Əvəz Qocayev bildirib ki, 22 fevral Avtomobil yolları işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. 

Sədr müavini "Azəravtoyol" ASC-nin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb. 

Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib: 

“Cocuq Mərcanlı kəndində artıq işlərə başlamışıq. Biz orda xüsusi infrastruktur yaratmağı qarşımıza əsas məqsəd qoymuşuq. Bizim rahat işləyə bilməmiz və ərazidə görülən işləri müntəzəm nəzarətdə saxlamaq üçün "Azəravtoyol" ASC-yə orada xüsusi torpaq sahəsi, böyük bir ərazi ayrılıb”. 

Daha sonra bir sıra KİV nümayəndələri “Azəravtoyol” ASC tərəfindən hədiyyələrlə təltif olunub. 

Təltif olunanlar arasında Oxu.Az İnformasiya Agentliyinin əməkdaşı olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri