22 
Fev
2017
09:25
17
79
8611
Virtual karabakh

Manatın əksər xarici valyutalara qarşı məzənnəsi açıqlandı

22 Fev, 2017
09:25
8611

Manatın əksər xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 22-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 21-i ilə müqayisədə 0,55% bahalaşaraq 1,7447 manat təşkil edib.

Avro da manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8361 manatdan 1,8399 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0300 manatdan 0,0304 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4777 manatdan 0,4816 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1594 manatdan 2,1809 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6580 manatdan 0,6654 manatadək bahalaşıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri