22 
Fev
2017
10:33
9
68
1095
Virtual karabakh

Dövlət istiqrazına böyük tələb: 9 investor, 16 sifariş

22 Fev, 2017
10:33
1095

Dövlət istiqrazına böyük tələb: 9 investor, 16 sifariş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 milyon 215 min 300 manat təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat olub.

İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri