22 
Fev
2017
10:20
64
49
2965
Virtual karabakh

Bakıda mühüm toplantı keçiriləcək: İştirakçı ölkələrin sayı dəqiqləşdi

22 Fev, 2017
10:20
2965

Bakıda mühüm toplantı keçiriləcək: İştirakçı ölkələrin sayı dəqiqləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 23-də Bakı şəhərində keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünə hazırlıq işləri yekunlaşıb. 

Bu barədə Oxu.Az-a Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının III iclasında ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç təmsil edəcək. 

Avropa İttifaqının nümayəndə heyərinin tərkibinə, həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

İclasda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən - Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək “Bulgarian Energy Holding”, “Bulgargaz”, “İGB” və Energetika Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç tədbirə qatılacaq. Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri qismində bu ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşib.

Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Dünya Bankının enerji və hasilat üzrə baş direktoru Rikardo Puliti, Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik edəcəyi nümayəndə heyəti qatılacaq.

Nümayəndə heyətinə AİB-nin enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotuk daxildir. 

Avropa Yenidənqurma və İnkişaf Bankını (EBRD) qurumun enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad, həmçinin bankın Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikova, Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera, EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Duarte, Bankın Təbii resurslar Departamentinin rəhbəri Natalya Lakorzanadan ibarət geniş tərkibli nümayəndə heyəti, Almaniya İnkişaf Bankı (KfW) İdarə Heyətinin üzvü Markus Skir, Bankın neft, qaz və neft-kimya üzrə vitse-prezidenti Maykl Veytz də Məşvərət Şurasının III iclasının iştirakçıları sırasındadır.

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Qafqaz üzrə regional direktoru Jan van Bilsen, Balkanlar üzrə regional direktoru Tomas Lubek, Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov da toplantıda iştirak edəcəklər.

Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bradşounun rəhbərlik etdiyi nümayəndə heyəti, İAP üzrə təmsilçi Vedran Spehar, eləcə də başqa regional prezident Qordon Birrell olmaqla BP şirkəti geniş tərkibdə yer alıb.

Bununla yanaşı, toplantıda “SNAM”, “Total” şirkətlərinın də iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının III iclası dörd plenar sessiya üzrə davam edəcək. İlk belə iclas 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri