22 
Fev
2017
12:58
10
104
3123
Virtual karabakh

35 günədək faiz hesablanmadan kredit

22 Fev, 2017
12:58
3123

35 günədək faiz hesablanmadan kredit

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” həm debet, həm kredit xətti xüsusiyyətlərini özündə birləşdirən və bir sıra digər üstünlüklərə malik “Expresso” kartı təqdim edir.

“Expresso” kartının istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Yəni, müştəri istifadə etdiyi məbləği növbəti ayın 5-dək əlavə faiz hesablanmadan ödəyə bilər.

Kart üzrə kredit xətti gəlirləri təsdiq edən sənəd əsasında illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər. 

Bundan əlavə “Expresso” kart yığım imkanı, “cashback”, əlavə qazanc, sərbəst dizayn seçimi olan təmassız kartdır. Üstəlik, kartın hesabını istənilən vaxt “ExpressPay” ödəniş terminalı ilə də artırmaq mümkündür. “SMS-Banking” xidməti isə tam pulsuzdur.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri