22 
Fev
2017
16:51
64
30
2666
Virtual karabakh

“Citibank”dan neftin qiyməti ilə bağlı – PROQNOZ

22 Fev, 2017
16:51
2666

“Citibank”dan neftin qiyməti ilə bağlı – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarında neftin qiyməti tələb və təklifin tarazlıq əldə ediləndən sonra bu ilin sonuna qədər 70 dollar/barelə yüksələcək. 

Oxu.Az-ın məlumatına görə, “Report” “Rambler News Service”ə istinadən bildirir ki, bu proqnozla ABŞ “Citibank”nın analitikləri çıxış ediblər. 

Yaxın aylarda isə neftin qiymətinin 53-58 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.
Bankın hesabatında bildirilir ki, neftin orta qiymətinin I rübdə 55 dollar/barel, II rübdə isə 56 dollar/barel təşkil edəcəyi gözlənilir. 

Xatırladaq ki, bankın bundan əvvəlki proqnoz hesabatında bu göstəricilər müvafiq olaraq 50 və 54 dollar/barel olub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri