22 
Fev
2017
18:35
29
86
3085
Virtual karabakh

ABŞ-ın maliyyə nazirindən BVF-a çağırış: Üzv ölkələrin valyuta siyasəti araşdırılsın

22 Fev, 2017
18:35
3085

ABŞ-ın maliyyə nazirindən BVF-a çağırış: Üzv ölkələrin valyuta siyasəti araşdırılsın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Maliyyə naziri Stiven Manuçin Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək Fonda üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib.

Xatırladaq ki, hazırda 189 ölkə BVF-nun üzvüdür. Azərbaycanın Fondda kvotası 391,7 mln. SDR (Special Drawing Rights) və ya 0,08% təşkil edir. Ən çox kvotaya isə 17,46%-lə ABŞ sahibdir.

SDR - dollar (41,73%), avro (30,93%), yuan (10,92%), yen (8,33%) və funt sterlinqdən (8,09%) ibarət olan xüsusi ehtiyat ödəniş vasitəsidir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri