22 
Fev
2017
17:05
16
96
1450
Virtual karabakh

Sığorta şirkəti banklardan iki milyon manatdan çox pulunu ala bilmir

22 Fev, 2017
17:05
1450

Sığorta şirkəti banklardan iki milyon manatdan çox pulunu ala bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fəaliyyətini dayandıran “Azərqarant Sığorta” şirkəti 2 bankdakı vəsaitlərini geri ala bilmir”.

Oxu.Az xəbər verir ki, bu barədə Fins.az-a açıqlamasında ləğv edilən şirkətin idarə heyətinin sədri Rəşad Məmmədov deyib. 

Onun sözlərinə görə, “Azərqarant Sığorta”nın öhdəlikləri ilə bağlı məsələ artıq yekunlaşıb və bütün portfeli “Günay Sığorta”ya ötürülüb:

“Bununla belə, bəzi məsələlər hələlik yekunlaşmayıb. “Azərqarant Sığorta”nın hazırda lisenziyası ləğv edilən “Atrabank”da 2 milyon manat, “Royal Bank”da isə 30 min manatdan artıq vəsaiti qalıb”.

O bildirib ki, bağlanan bankların öhdəliklərini Əmanətlərin Sığortalanması Fondu (ADİF) yerinə yetirir:

“ADİF isə əvvəlcə bankların fiziki şəxslər qarşısında öhdəliklərini təmin edir, daha sonra isə hüquqi şəxslər qarşısında öhdəliklərə başlanılacaq. Ona görə də “Azərqarant Sığorta”ya aid vəsaitlərin geri qaytarılıb-qaytarılmayacağı və yaxud hansı məbləğdə qaytarılacağı hələ də sual atındadır”.

Qeyd edək ki, sığorta şirkətinin kapitalını saxladığı banklardan biri də “Atrabank” olub. Bankın bağlanması ilə sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi “Azərqarant Sığorta”nın da fəaliyyətini dayandırmasına səbəb oldu.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri