23 
Fev
2017
10:15
36
59
6261
Virtual karabakh

Azərbaycanda bu məhsul gömrük rüsumundan azad edildi

23 Fev, 2017
10:15
6261

Azərbaycanda bu məhsul gömrük rüsumundan azad edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, dəyişiklik elektrik enerjisinin istehsalı üçün idxal olunan mazutla bağlıdır.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri