23 
Fev
2017
10:49
99
20
3047
Virtual karabakh

Bəzi banklarda dollar ucuzlaşır

23 Fev, 2017
10:49
3047

Bəzi banklarda dollar ucuzlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 22-i ilə müqayisədə bu gün bəzi banklarda dolların məzənnəsinin ucuzlaşması müşahidə edilir. 

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, dünən dolları 1,76 manatdan alan və 1,8150 manat satan “Amrahbank”, bu gün səhər dollara 1,75 manat alış, 1,80 manat satış qiyməti təyin edib.

“NBC Bank” isə dolların satış qiymətini 1,82 manatdan 1,81 manata, “AtaBank” 1,83 manatdan 1,8150 manata endirib.

Bu gün səhər dolların satış qiymətini 1,80 manata endirən “Amrahbank”, məzənnəni ikinci dəfə də aşağı salaraq dolları 1,79 manatdan satmağa başlayıb.

“BTB Bank”da dolların satış qiymətini 1,8250 manatdan 1,80 manata endirib.

Qeyd edək ki, “Bloomberg” ticarət platformasında USD-AZN məzənnəsi 1,7921 səviyyəsinə düşüb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri