23 
Fev
2017
12:56
106
50
2871
Virtual karabakh

SOCAR mühüm tenderi ərəblərə uduza bilər

23 Fev, 2017
12:56
2871

SOCAR mühüm tenderi ərəblərə uduza bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Avstriyanın “OMV AG” konserninin Türkiyədəki törəməsi olan “Petrol Ofisi A.Ş.”-ni almağa ən real namizəddir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, “Petrol Ofisi” üçün təklifini Avstriya konserninə göndərən “Saudi Aramco” qarşı tərəfdən müsbət cavab alacağını gözləyir.

OMV-nin rəsmisi də təklifləri aldıqlarını təsdiqləyib. 2015-ci ildə “Petrol Ofisi”nin satış gəlirlərinin 10 mlrd. avro səviyyəsində olduğunu bildirən konsernin sözçüsü əlavə şərhdən boyun qaçırıb.

“Saudi Aramco” rəsmisi isə spekulyasiyalara səbəb olmamaq üçün şərh vermək istəmədiyini qeyd edib.

“Reuters” agentliyinin başqa mənbədən əldə etdiyi məlumata görə, artıq SOCAR da OMV-yə öz təkliflərini göndərib.

Qeyd edək ki, OMV “Petrol Ofisi”nin satışının bu il tamamlanacağını bildirib. Agentlik SOCAR rəsmilərindən məsələyə dair şərh ala bilməyib.

“Petrol Ofisi”ni almaqda iddialı olan şirkətlərin sayı azalıb. Belə ki, OPET və BP şirkətləri “Petrol Ofisi”nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıb.

Hazırda 4 şirkət tenderdə iştirakını davam etdirir ki, bunlar da “Saudi Aramco”, “Petromim-C”, “Vitol” və SOCAR-dır.

“Bloomberg” agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, yuxarıda adları çəkilən şirkətlər arasında “Petrol Ofisi”nin yeni sahib olmağa ən çox şansı olan “Saudi Aramco”dur. Bildirilir ki, ərəb şirkəti OMV-yə 1,6 mlrd. avro təklif edib.

“Petrol Ofisi”nin Türkiyə ərazisində 2000-ə yaxın YDM-i var. Son statistikaya əsasən, şirkət bazarın 22,7%-nə nəzarət edir.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri