23 
Fev
2017
11:36
36
117
6583
Virtual karabakh

Dollara tələb artacaqmı? – PROQNOZ

23 Fev, 2017
11:36
6583

Dollara tələb artacaqmı? – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin azalması müşahidə edilir. Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 2 gün öncə 1 dolları 1,80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. 

Yəni, dolların satış kursu 1,80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də belə, son 2 gündə banklarda dollar ucuzlaşıb. Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər”.

Oxu.Az xəbər verir ki, biu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, mart ayında dollara tələb yenidən artacaq:

“Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq, bu gün banklar hərraca daha az dollar sifarişi ilə getməlidirlər. Amma bu, belə olacaqmı? Müdaxilə olmadığı halda, valyuta bazarının qaydaları bunu tələb edir. 

Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan, bugünkü hərracın nəticələri eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək.

Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, dollara tələbin mart ayında yenidən artacağı gözlənilir”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri