23 
Fev
2017
13:10
39
20
9297
Virtual karabakh

Kimin üçün böhran uğura dönəcək? Əlverişli kampaniyaları qaçırmayın!

23 Fev, 2017
13:10
9297

Kimin üçün böhran uğura dönəcək? Əlverişli kampaniyaları qaçırmayın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 10 il ərzində daşınmaz əmlak Azərbaycanda ən inkişaf edən sahələrdən biri olmuşdur. Praktikadan göründüyü kimi, daşınmaz əmlak bazarına qoyulan investisiyalar, hətta maliyyə böhranları dövründə də öz gəlirliliyini saxlamağa qadirdir. 2008-ci il ümumdünya iqtisadi böhranı ölkəmizdə tikinti həcmlərinin nəinki azaldılmasına səbəb olmamış, hətta müəyyən mənada Azərbaycanda əmlak bazarının sürətli inkişafına təkan da vermişdir. 

Keçən illər ərzində paytaxtımız, sözün əsl mənasında, dəyişmişdir. Bakıda gözəl, müasir binalar, çoxmərtəbəli ticarət mərkəzləri, mehmanxanalar, banklar və s. göz oxşamağa başlamışdır. Ən başlıcası isə ölkəmizdə də, nəhayət, olduqca gözəl, geniş və rahat yaşayış binaları ucaldılmışdır. Bütün dünyada ən cazibədar investisiya qoyuluşlarından biri, məhz daşınmaz əmlak hesab edilir. Səbəb çox sadədir – valyuta kurslarının sıçrayışları fonundakı bütün risklər nəzərə alınaraq, əmlak bazarı investisiya qoyuluşu üçün ən stabil və ən etibarlı sahə olaraq qalır. 

Hələ bir neçə ay bundan əvvəl, daşınmaz əmlak bazarında müəyyən durğunluq müşahidə olunurdu. Belə ki, potensial alıcılar gözləmə mövqeyini tutaraq qiymətlərin aşağı düşməsini və inşaatçılardan daha sərfəli təkliflərin gəlməsini gözləyirdilər. Bu gün isə vəziyyət dəyişib: insanlar öz əmanətlərini saxlamağa çalışaraq, onları sarsıntılara ən dözümlü aktivə - daşınmaz əmlaka qoyurlar.

İnşaatçıların müştəriləri cəlb etmək və saxlamaq üçün hazırladıqları müxtəlif aksiya və endirimlər də buna yardımçı olur. Məhz indi alıcıların ən əlverişli şərtlərlə mənzil alması üçün imkan yaranıb.

Rahatlığa tələbat

Son zamanlar yaranmış mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarında tələbat var. Düzü, istehlakçılar daha diqqətli olmağa başlayıblar və mənzilin alınmasına daha ciddi yanaşırlar. Bu gün alıcıların tikinti materiallarından və inşaatçıların ixtisaslaşmasından başlayaraq, evin ərazisinin abadlaşdırılmasınadək bütün gözləntilərini təmin etməyə qadir olan kompleks layihələr qalib gəlir. 

Lakin yeni tikilidə mənzil alarkən aşağıdakı tövsiyələrə də diqqət yetirməyə dəyər:

1. Yalnız alıcıya tikilən obyektlərlə tanış olmaq imkanı verən və şəffaf işləyən tikinti şirkətləri ilə saziş bağlamaq olar.

2. Bütün icazə sənədlərinin olması vacibdir.

3. Həmçinin, tikintinin sürətinə və onun göstərilən qrafikə uyğunluğuna diqqət yetirilməlidir.

4. Binatikənin (inşaatçının) nüfuzu da az əhəmiyyət daşımır. Qərar verməmişdən əvvəl şirkəti mümkün qədər ətraflı araşdırın. 

5. Əgər siz sərmayənizi qoymağı planlaşdırırsınızsa, onda ən azı yarısı hazır olan obyekti seçməniz daha yaxşı olardı.

6. Və əlbəttə, diqqət yetirin ki, sazişin bağlanması AR qanunvericiliyinin bütün qaydalarına uyğun olsun.

Zamanın diktəsi ilə bizim bazarımızda ipotekanın mümkün olduğu indiki reallıqlar şəraitində istehlakçıların yaş həddi dəyişmişdir. Bugünkü alıcı artıq mənzilin metro stansiyasına yaxınlığının və adekvat qiymətin əsas şərt olduğu “sovet” meyarlarını rəhbər tutmur.

Bizim bazarımızda novator layihələrə, diqqətlə işlənmiş planlaşdırma həllərinə və inşaatçılarımızın tikintisinə çox ciddi yanaşdıqları idman zalları, uşaq meydançaları, gəzinti zonaları, landşaft dizaynı, yaxınlıqda yerləşən sosial və ticarət infrastrukturları kimi ümumi istifadə yerlərinə malik rahat və keyfiyyətli evlərə tələbat həmişə var.

Gözəl panoramalı mənzil

Bizim dövrümüzdə mənzilin alınması – öz həyatını daha da rahatlaşdırmaq imkanıdır və bazar müasir şəhər əhalisinin ehtiyaclarını təmin etmək qabiliyyətli layihələri təklif edə bilər.  

Belə layihələrdən biri Gəncə və Nobel prospektlərinin kəsişməsində tikilən qapalı “Panorama Park” yaşayış kompleksidir. Alıcının istəyindən asılı olaraq, buradan müxtəlif ölçülərdə və istiqamətlərdə 1, 2, 3, 4, 5 otaqlı mənzillər əldə etmək olar. Kompleksdə yeni mənzil seçərkən müasir insanın arzu edə biləcəyi hər bir şey mövcuddur. 

“Panorama Park” öz adını təsadüfən götürməyib – onun mənzillərinin pəncərələrindən Bakı buxtasına möhtəşəm bir mənzərə (panorama) açılır.

Kompleksin tikintisi “Alians Development” şirkətinin peşəkar komandası tərəfindən həyata keçirilir, sakinlərin rahatlığı və evin funksionallığı isə layihənin əsas ideyasıdır. Yaşayış kompleksinin tikintisi İSO 9001 standartlarına əsasən aparılır, bu da binaların keyfiyyət və davamlılığını təmin edir. Binanın hər bir mərtəbəsi FHN-nin nəzarət orqanları tərəfindən qəbul edilir. Bina 9 ballıq zəlzələyə tab gətirmək qabiliyyətinə malikdir. Yeni mənzillərə köçən müştərilərin tikinti ilə əlaqədar heç bir narahatlıqla qarşılaşmaması üçün “Panorama Park” binalarının eyni vaxtda istismara buraxılması planlaşdırılır.

“Panorama Park” yaşayış kompleksi – yaşam rahatlığı üçün hər cür şəraitin olduğu kiçik bir şəhərdir: landşaft yaşıllıq, böyük həyət ərazisi, idman və uşaq meydançaları, şəxsi uşaq bağçası, mağaza, 450 avtomobil üçün hesablanmış ikimərtəbəli avtomobil parkı, idman və fitnes zalları, gözəllik salonu, SPA. 

Burada təhlükəsizliyiniz barədə narahat olmaya bilərsiniz - ərazidə gecə-gündüz videomüşahidə aparılır. Bundan başqa, binanın mühafizəsi də nəzərdə tutulmuşdur, bina müasir dizaynlı giriş qapılarına və resepşna malikdir. “Alians Development and Construction” şirkəti öz fəaliyyətinə 2014-cü ildən başlamışdır və o, tikinti layihələrinin təşkili, maliyyələşdirilməsi, marketinq və satışını təmin edir.

“Qüsursuz iş keyfiyyəti bizim vizit kartımızdır, bu isə işlərin düzgün təşkili, layihələşdirilməsi və bir çox başqa amillərdən asılıdır. “Panorama Park” yaşayış kompleksi ixtisaslı və təcrübəli peşəkarlar komandası tərəfindən ucaldılır. Keyfiyyətə nəzarət isə işin bütün mərhələlərində şəxsi sistem üzrə həyata keçirilir”, - deyərək Azərbaycan Memarlıq və İnşaat Universitetinin sabiq dekanı və “Panorama Park”ın sahə rəisi Ayam Hüseynov vurğulayır. 

Onun sözlərinə görə, ərazidə aparılan işlər vaxtında və keyfiyyətə zəmanətlə həyata keçirilir. 

“Hətta laboratoriyada ilkin yoxlamadan keçmiş tikinti materiallarını yenidən şəxsən özüm yoxlayıram və əgər məni, məsələn, betonun keyfyyəti razı salmırsa, beton maşını geri qaytarılır. Tikintidə kiçik də olsa, səhlənkarlıq yolverilməzdir, layihədə nəzərdə tutulmuş şərtlərdən heç bir kənaraçıxma mümkün deyil”, - A.Hüseynov əminliklə bildirir.

Onun iddiasına görə, “Panorama Park” yaşayış kompleksinin inşaatında əla keyfiyyətli tikinti materiallarından istifadə olunur. 

“Biz Almaniya, Yaponiya, Finlandiya, Türkiyə, ABŞ və başqa ölkələrin aparıcı istehsalçılarının materiallarından istifadə edirik. İstehlakçılar layihənin rəsmi: http://panoramapark.az saytından tikinti materiallarının keyfiyyəti, mənzillərin planlaşdırması haqqında lazımlı informasiyanı əldə edə, tikintinin gedişatı barəsində xəbərləri izləyə və satış şöbəsi vasitəsilə əlverişli təkliflərdən xəbərdar ola bilərlər”, - deyərək A.Hüseynov bildirib.

Aksiyalar və endirimlər

Yeri gəlmişkən, bir az da əlverişli təkliflərdən danışaq. Bizim yazdığımız kimi, inşaatçıların təşkil etdiyi müxtəlif aksiyalar - olduqca əlverişli şərtlərlə mənzil əldə etmək üçün gözəl şansdır. “Alians Development” şirkəti “Panorama Park” yaşayış kompleksinin mənzil alıcıları üçün görünməmiş aksiya elan etmişdir: “Hər 10 м² pulsuz”. Bu kampaniya təmir olunmuş mənzillərə aiddir. Razılaşaq ki, bu, çox səxavətli bir hədiyyədir. 

Bundan əlavə, burada mənzilin sahəsi insafla ölçülür – daşıyıcı divarlar nəzərə alınmadan yalnız daxili kvadratura (sahə) hesablanır.

Daha bir cəlbedici təklif: “Panorama Park”da mənzili hər kvadratmetrinə 990 manat ödəməklə, əldə etmək olar! Məncə, tələsmək lazımdır, çünki təkliflər məhduddur. 

Bu gün “Panorama Park” yaşayış kompleksində alıcının zövqünə görə dizayn və təmir olunmuş, onun arzu etdiyi istiqamət və mərtəbədən mənzil seçmək imkanı var. Bununla belə, siz öz zövqünüzlə yüksək səviyyədə təmir olunmuş mənzillə bərabər, həm də təmir olunmamış yaşayış sahəsi də ala bilərsiniz. Bütün tikinti və təmir işlərinə, pəncərə və giriş qapılarına zəmanət verilir. 

Bundan əlavə, alıcılara daxili kredit də təklif olunur – bu kredit şərtlərinə görə, buradan mənzil əldə etmək istəyənlər onun dəyərinin 20%-ni ilkin ödəməklə, qalan ödənişi isə illik 9% faizlə, 60 aya və mənzilin dəyərinin 40-50%-ni ilkin ödəməklə, qalan ödənişi isə heç bir faiz olmadan 50 aya ödəməklə bunu edə bilərlər!

Kimin üçün böhran uğura dönəcək? Əlverişli kampaniyaları qaçırmayın!

1 / 5

Mənzil, aksiya və “Panorama Park” yaşayış kompleksi ilə bağlı əlavə məlumatı: (+99455) 400 27 17, (+99455) 400 27 27, / 400 27 19 / *2727 telefon nömrələri və aşağıdakı internet səhifələrindən əldə bilərsiniz:
https://www.facebook.com/alians.baku/
https://www.facebook.com/panoramaparkbaku/
http://alians.az/
http://panoramapark.az/az/

Şansınızı qaçırmayın!

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri