23 
Fev
2017
17:14
24
120
1246
Virtual karabakh

Natiq Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri artıb

23 Fev, 2017
17:14
1246

Natiq Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 mlrd. ABŞ dollarını keçib”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu bu gün Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın Energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, layihənin maliyyələşdirilməsində problem olmayacaq: “Bu toplantıda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB), Asiya İnkişaf Bankı (AIB) və başqa maliyyə institutlarının nümayəndələri iştirak edib və onlar da bu layihəyə davamlı dəstək göstərəcəklərinin bildiriblər”.

“Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Buna görə də məhz bu gün burada İon Boru Kəməri (IAP) ölkələrinin nümayəndələri də iştirak edirdilər”, - deyə nazir əlavə edib.

N.Əliyev qeyd edib ki, bugünkü toplantıda layihənin məliyyəşməsi ilə də bağlı müzakirələr aparılıb: “Maliyyə qurumları layihəni dəstəkləyir və lazımi kömək göstərməyə hazırdır.

Balkan ölkələri də bu layihəyə maraq göstərir. 2018-ci ildə qaz Türkiyəyə, 2020-ci ilin əvvəlində isə İtaliyaya çatdırılacaq. IGB, IAP layihələri də müzakirə olunub”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri