24 
Fev
2017
10:25
28
128
2562
Virtual karabakh

Azərbaycana üç milyon dollar qrant ayrıldı

24 Fev, 2017
10:25
2562

Azərbaycana üç milyon dollar qrant ayrıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası (FSMP2) həyata keçiriləcək.

Oxu.Az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir.

Layihə İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən icra ediləcək.

FSMP2 2017-2020-ci illər ərzində icra ediləcək.

Qeyd edək ki, layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, palatanın nəzarət potensialının gücləndirilməsi, əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri