24 
Fev
2017
17:12
30
377
1690
Virtual karabakh

Rövnəq Abdullayev: Yaxın illərdə qoyulmuş investisiyalar özünü doğruldacaq

24 Fev, 2017
17:12
1690

Rövnəq Abdullayev: Yaxın illərdə qoyulmuş investisiyalar özünü doğruldacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR-ın davamlı inkişaf strategiyası hətta dəyişkən bazar şəraitində dəyə biləcək zərərlərə qarşı qorunmaqda mühüm rol oynayacaq”. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev “Natural Gas World” (NGW) jurnalına bildirib. 

O qeyd edib ki, hazırda SOCAR həm qaz hasilatı, həm də neft və qaz emalı, neft-kimya məhsulları üzrə nəhəng layihələr üzərində işləyir: 

“Məsələn, Azərbaycanda polimer istehsalı üzrə sənaye komleksinin yaradılması istiqamətində işlər gedir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu və ya bu qəbildən olan digər layihələr davam edir.

Bütün bunlar dəyər zəncirini gücləndirərək yaxın illərdə bazarda baş verə biləcək təlatümlərə müqavimət gücünə malik davamlı inkişafın sağlam təməllərini qoyur”. 

O bildirib ki, nəticə etibarilə işlər şirkətin Türkiyədəki strateji aktivi olan “Petkim”in nümunəsinə uyğun şəkildə qurulsa, neft emalından gələn gəlirlər neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində belə o qədər də azalmaz, hətta bəzi hallarda arta da bilər: 

“Odur ki, “SOCAR Polymer”, “SOCAR Karbamid”, “STAR” Neft Emalı Zavodu və emal sənayesinə aid digər layihələrə yaxın illərdə qoyulmuş investisiyalar özünü doğruldacaq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri