24 
Fev
2017
14:53
34
218
3830
Virtual karabakh

Rüfət Aslanlı: Dolların məzənnəsi neftin qiymətindən asılı deyil

24 Fev, 2017
14:53
3830

Rüfət Aslanlı: Dolların məzənnəsi neftin qiymətindən asılı deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır”.

Oxu.Az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə deyib.

“Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 

1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. 

İndi dollar bazara necə çıxır? Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. 

Çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fondun büdcə ödənişlərini təmin etməklə bağlı öhdəliyi var. Dövlət Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımi məbləğlərdə dollar sataraq yerinə yetirir. 

Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur”, - deyə R.Aslanlı vurğulayıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri