24 
Fev
2017
22:28
28
100
1855
Virtual karabakh

“Cənub Qaz Dəhlizi”nin maliyyələşmə məsələləri müzakirə edilib

24 Fev, 2017
22:28
1855

“Cənub Qaz Dəhlizi”nin maliyyələşmə məsələləri müzakirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak üçün Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Oxu.Az xəbər verir ki, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev və AİB-nin enerji təhlükəsizliyi bölməsinin direktoru Racan Sancoy, onun müavini Piter Cefreys və bankın Türkiyəyə ayırdığı kreditlər üzrə baş mütəxəssisi Tekin Çotukun daxil olduğu nümayəndə heyətinin iştirakı ilə keçən görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin  maliyyələşməsi ətrafında  müzakirələr aparaılıb. 

Məşvərət Şurasının üçüncü iclasını qlobal layihəni daha da irəliyə aparacaq çox vacib tədbir kimi dəyərləndirən energetika naziri Natiq Əliyev beynəlxalq maliyyə qurumlarının toplantıda iştirakının mühüm əhəmiyyət daşıdığını bildirib. 

“2017-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində həlledici tarix sayılır və işlərin vaxtında başa çatdırılması maliyyə  təminatından da asılıdır. 

Beynəlxalq maliyyə  təsisatlarının toplantıya qatılaraq layihənin icra vəziyyəti ilə tanış olmaları isə müvafiq qərarların qəbulunu sürətləndirəcəkdir”.

N.Əliyev bldirib ki, dünyada iqtisadi-maliyyə çətinliklərinin davam etməsinə baxmayaraq,“Cənub Qaz Dəhlizi” layihəsinin hazırda maliyyələşmə, maliyyə mənbələrinin tapılması ilə bağlı problemləri yoxdur. 

Bir illik müddətdə Dünya Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı nümunəsində beynəlxalq maliyyə qurumlarının “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün maliyyə dəstəyinə, eləcə də Avropa İnvastisiya Bankının layihəyə maraq göstərməsinə nail olunub. 

Avropa İnvestisiya Bankının (AİB) Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri Flavia Palanza isə Azərbaycanın prioritetinin həm də Avropanın hədəfi olduğunu deyərək, TANAP və TAP layihələrinin maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirib. 

O, istənilən layihə ilə bağlı maliyyə qərarlarının qəbulunda yetərli məlumatlara malik olmağın xüsusi rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın qaz ehtiyatları, ixrac imkanları, daxili tələbatı ilə maraqlanıb və mütəmadi məlumat mübadiləsinin bankın layihələrə cəlb edilməsinə təsir göstərəcəyini qeyd edib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri