25 
Fev
2017
09:30
10
75
1258
Virtual karabakh

Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə edildi

25 Fev, 2017
09:30
1258

Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Görüş zamanı Palatanın Dünya Bankı ilə əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Rüfət Aslanlı bildirib ki, Dünya Bankının bu dəfəki missiyası çərçivəsində maliyyə bazarlarına nəzarət üzrə mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsi istiqamətində məhsuldar müzakirələr olub. 

Görüşdə həmçinin bankların rezolusiyası və likvidliyinin tətbiqi mexanizmlərinin və hüquqi çərçivəsinin genişləndirilməsi istiqamətdə Palatanın fəaliyyətinə dəstək imkanları müzakirə edilib. 

Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, eləcə də qeyri-işlək aktivlərin restruktizasiyası və idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılmasına dəstək mexanizmlərinə dair geniş fikir mübadiləsi aparılıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri