25 
Fev
2017
10:38
14
92
1551
Virtual karabakh

“Fitch” Neft Fondunun fəaliyyətini belə qiymətləndirdi

25 Fev, 2017
10:38
1551

“Fitch” Neft Fondunun fəaliyyətini belə qiymətləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2017-ci il dövlət büdcəsində yaranacaq kəsirin Azərbaycan Dövlət Neft Fondunda (SOFAZ) toplanan maliyyə vəsaitləri hesabına örtüləcəyini deyir. 

Oxu.Az xəbər verir ki, Agentlik Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirərək daha yuxarı reytinqə sahib olan neft ölkələri ilə müqayisədə Fondun daha yüksək şəffalıqla çalışdığını və etibarlı, likvid aktivlərə investisiya etdiyini bildirib: 

“Buna görə də, Azərbaycanın borcu tam nəzarət altındadır və 2016-cı ilin sonuna ÜDM-in 22,5%-ni təşkil edib. Bu da “BB” kateqoriyasında olan ölkələrin orta göstəricisi - 51,1%-dən xeyli aşağıdır”. 

Bununla yanaşı, “Fitch” Azərbaycanın dövlət borcunun 88,2%-nin xarici valyutada olmasını müsbət amil saymasa da, bunun Fondun vəsaitlərinin tərkibinə uyğun olduğunu vurğulayır.

Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə SOFAZ-ın aktivlərinin dollar ekvivalentində ucuzlaşmasına baxmayaraq, aktivlər ÜDM-in 92%-ni təşkil edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri