25 
Fev
2017
11:40
31
261
5407
Virtual karabakh

954 milyon manat hara xərclənib?

25 Fev, 2017
11:40
5407

954 milyon manat hara xərclənib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 954,2 milyon manat vəsaitin 751,5 milyon manatı neft sektoruna sərf edilib.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vəsaitin digər hissəsi, yəni, 202,7 milyon manatı qeyri-neft sektoruna yönləndirilib. 

Ümumi sərmayənin 70,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 89,3%-i məhsul istehsalı obyektlərinin 7,7%-i xidmət sahələri üzrə obyektlərin, 3%-i isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4%, bank kreditləri 8,2%, büdcə vəsaitləri 3,5%, əhalinin şəxsi vəsaitləri 3%, büdcədənkənar fondların vəsaitləri isə 0,9% təşkil edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri