25 
Fev
2017
11:23
17
139
2837
Virtual karabakh

Beynəlxalq Bankın problemli kreditlərinin həcmi açıqlanıb

25 Fev, 2017
11:23
2837

Beynəlxalq Bankın problemli kreditlərinin həcmi açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Manatın ikinci dəfə devalvasiyaya uğraması və iqtisadi geriləmə Azərbaycanın bank sektorunu daha da zəiflətdi. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Agentlik Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 2016-cı ildə 10 bankın lisenziyasının ləğv olunduğunu xatırladıb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılmasına toxunan “Fitch” bildirir ki, 2016-cı ildə bu proses başa çatdırılmayıb. Agentliyin məlumatına əsasən, ABB-nin kredit portfelində qeyri-işlək (problemli) kreditlərin payı 21% təşkil edir. 

“Fitch” istisna etmir ki, bu rəqəm də kiçildilib. Bununla yanaşı, məlumatda deyilir ki, dövlət ABB-yə dəstək verməkdə davam edəcək.

Agentliyin mütəxəssisləri hesab edir ki, bank sektorunun dəstəyə ehtiyacı var.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri