27 
Fev
2017
14:38
133
79
2681
Virtual karabakh

Ramin Quluzadə İmişlidə vətəndaşlarla görüşəcək

27 Fev, 2017
14:38
2681

Ramin Quluzadə İmişlidə vətəndaşlarla görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri ilə görüşəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, R.Quluzadə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (994 12) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri