27 
Fev
2017
17:02
12
85
1962
Virtual karabakh

Bu sektora investisiya qoyuluşu bir ildə 80%-ə yaxın azalıb

27 Fev, 2017
17:02
1962

Bu sektora investisiya qoyuluşu bir ildə 80%-ə yaxın azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar ayında Azərbaycanda maliyyə və sığorta fəaliyyətinə ümumilikdə 0,3 mln. manat investisiya yatırılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ölkə üzrə cəmi investisiya qoyuluşunun 0,03%-ni təşkil edir.

Qeyd edək ki, 2016-cı ilin yanvarında bu sahəyə investisiya yatırımı olmayıb. 2016-cı il ərzində isə maliyyə sektoruna investisiya qoyuluşu 4,3 mln. manat təşkil edib və bu, illik müqayisədə 77,8% azdır.

Cari ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala toplam 954,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5%-ni təşkil edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri