27 
Fev
2017
16:50
17
113
6265
Virtual karabakh

“AmCham”ın yeni prezidenti məlum oldu

27 Fev, 2017
16:50
6265

“AmCham”ın yeni prezidenti məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) illik iclası çərçivəsində Palatanın prezidenti və Direktorlar Şurasının yeni üzvləri seçilib. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, prezident seçkilərinin nəticəsinə əsasən, Nuran Kərimov Azərbaycanda “AmCham”ın yeni prezidenti seçilib.

N.Kərimov buna qədər “Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru vəzifəsində çalışıb.
Direktorlar Şurasına gəlincə, 10 yerdən 6-sı vakant “Baker McKenzie”nin idarəedici partnyoru Gündüz Kərimovun təlimatından sonra seçkilər baş tutub və nəticədə Direktorlar Şurasının altı yeni üzvü seçilib:

Vüqar Əliyev - KPMG Azərbaycan şirkətinin idarəedici partnyoru;

Bəxtiyar Aslanbəyli - BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti;

Taleh Kazımov - “PAŞA Bank”ın İdarə Heyətinin sədri və icraçı direktoru;

Nərgiz Nəsrullayeva - “Müdüroğlu - Landmark” biznes mərkəzinin biznes əməliyyatları üzrə direktoru;

Əsəd Şirinov - “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri;

İlqar Vəliyev - “Ernst & Young Azərbaycan” şirkətinin idarəedici partnyoru.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “AmCham” ölkədə xarici investisiyaların 80%-ni təmsil edən 260 üzv şirkətdən ibarətdir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyəti dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. 

Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri