27 
Fev
2017
17:36
16
170
3469
Virtual karabakh

Sabah Abşeron və Cəlilabadda təbii qaz olmayacaq

27 Fev, 2017
17:36
3469

Sabah Abşeron və Cəlilabadda təbii qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 28-də saat 10:00-dan 18:00-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ceyranbatan” və “Qobu”, Ağdaş magistral qaz kəmərləri sahəsinin balansında olan “Ucar”, “Lək” və “Zərdab”, Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Günəşli” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri