28 
Fev
2017
09:23
9
65
6223
Virtual karabakh

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

28 Fev, 2017
09:23
6223

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 28-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 27-i ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8466 manatdan 1,8505 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0302 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4860 manatdan 0,4843 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1720 manatdan 2,1725 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi  0,6780 manatdan 0,6793 manatadək bahalaşıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri