28 
Fev
2017
09:48
11
93
2205
Virtual karabakh

Manat fevralda nə qədər bahalaşıb?

28 Fev, 2017
09:48
2205

Manat fevralda nə qədər bahalaşıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə USD/AZN rəsmi məzənnəsini 1,7475 səviyyəsində müəyyən edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, beləliklə, aya 1,9200 manat səviyyəsində başlayan dollar fevralı 1,7475 manatla tamamlayıb. Göründüyü kimi, dollar fevralda manata qarşı 9,87% ucuzlaşıb.

Onu da qeyd edək ki, manat fevralın 16-dək bahalaşma nümayiş etdirib. Fevralın 16-dan isə manat ucuzlaşır.

AMB ucuzlaşmanın səbəbini açıqlamır.

Ötən gün banklar orta hesabla dolları 1,7350 manata alıb, 1,8400 manata satıb.

Bu gün isə AMB tərəfindən növbəti valyuta hərracı baş tutacaq. Hərracda manatın ortaçəkili məzənnəsi müəyyənləşəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri