28 
Fev
2017
11:55
33
83
5540
Virtual karabakh

Türkiyədən əmlak almaq istəyənlər üçün – YENİ FÜRSƏT

28 Fev, 2017
11:55
5540

Türkiyədən əmlak almaq istəyənlər üçün – YENİ FÜRSƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə parlamenti xarici vətəndaşlar üçün daşınmaz əmlakın alınmasına dair yeni qanun qəbul edib. 

Oxu.Az-ın məlumatına görə, Fins.az xarici mətbuata istinadən bildirir ki, artıq bu ölkədə əmlak alan xarici vətəndaşlar əlavə dəyər vergisindən azad ediliblər. 

Yeni qanuna əsasən, Türkiyə ərazisində ilk ofis və ya ev alan və alış-verişi xarici valyutada həyata keçirən alıcılar ƏDV-dən azad edilirlər.

Şərtlərə görə, investor bir il ərzində obyekti satmamalıdır. Əks halda, vergini dövlətə kompensasiya etməlidir.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Türkiyədə daşınmaz əmlakın qiymətləri il ərzində 12,8% artıb. Milli Statistika Komitəsinin məlumatında deyilir ki, 95 min 389 ev və mənzil sahibini dəyişib. 

Xaricilər Türkiyədə ümumilikdə 1386 obyekt alıb. Bu da ötən illə müqayisədə 5,2% azdır. 
Yanvar ayının əqdlərinin böyük hissəsi Səudiyyə Ərəbistanı (144), Küveyt (115), Əfqanıstan və Rusiya (60) vətəndaşlarının payına düşüb. 

Bazar iştirakçıları hesab edir ki, yeni qanun əcnəbilərin Türkiyədə daha çox əmlak almasına təkan verəcək. Onu da deyək ki, daşınmaz əmlaka qoyulan sərmayə Türkiyədə vətandaşlıq almaq üçün bir fürsətdir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri