28 
Fev
2017
11:15
41
126
2085
Virtual karabakh

“PAŞA Sığorta” şirkəti Şəki şəhərində yeni nümayəndəliyinin açılışını keçirdi

28 Fev, 2017
11:15
2085

“PAŞA Sığorta” şirkəti Şəki şəhərində yeni nümayəndəliyinin açılışını keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən “PAŞA Sığorta” şirkəti fevralın 24-ü Şəki şəhərində yeni nümayəndəliyi müştərilərin xidmətinə verdi.

Təntənəli açılış mərasimində “PAŞA Sığorta” ASC-nin departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak etdilər. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında fəaliyyət göstərəcək.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi “PAŞA Sığorta” şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Həmçinin “PAŞA Sığorta” şirkəti yeni nümayəndəliyinin açılışı ilə əlaqədar kampaniya keçirir. Belə ki, 24 fevral - 24 mart tarixlərində şirkətin Şəki nümayəndəliyinə yaxınlaşıb avtomobilin KASKO sığortasını və ya əmlakın könüllü sığortasını əldə etmək istəyən şəxslər 30% endirim qazanacaqlar.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan “PAŞA Sığorta” 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115890100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri