28 
Fev
2017
12:44
61
50
7078
Virtual karabakh

Bu il ən çox borc alacaq beş ölkə – SİYAHI

28 Fev, 2017
12:44
7078

Bu il ən çox borc alacaq beş ölkə – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi 2017-ci ildə dünya ölkələrinin məcmu borclarının rekord həddə - 44 trln. ABŞ dollarına çatacağını proqnozlaşdırır. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib. 

Hesabata əsasən, bu il dünya ölkələri əlavə olaraq 6,8 trln. dollar məbləğində borclanacaqlar. Bu isə 2016-cı illə müqayisədə 315 mlrd. dollar və yaxud 4% çoxdur. 

Yeni borcların təxminən 60%-i 2 ölkənin - ABŞ və Yaponiyanın payına düşəcək. Bu ölkələrin müvafiq olaraq 2,2 trln. dollar və 1,8 trln. dollar borc alacaqları proqnozlaşdırılır. 

Borclanmanın məbləğinə görə, növbəti yerlərdə Çin, İtaliya və Fransanın qərarlaşacağı gozlənilir. 

“Standard & Poor's” həmçinin bu il qlobal borcların dünya üzrə ümumi daxili məhsulun 9%-i qədər olacağını proqnozlaşdırır. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri