Mar
2017
14:36
127
47
2188
Virtual karabakh

Bakı Limanı Prezidentin sərəncamı ilə bağlı öhdəliklərini açıqladı – VİDEO

2 Mar, 2017
14:36
2188

Bakı Limanı Prezidentin sərəncamı ilə bağlı öhdəliklərini açıqladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev 20 fevral tarixində ölkəyə turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncamın 3.2-ci bəndində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın (Bakı Limanı) öhdəlikləri də müəyyənləşdirilib. 

Bakı Limanının Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli Azərbaycan Televiziyasının (AzTV ) “Günün Nəbzi” verlişində çıxış edərək bu barədə daha ətraflı məlumat verib. 

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparmaq və nəticəsi barədə dörd ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək, vizaların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemindən kənar doldurulması hallarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarında quraşdırılmış “Viza” altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsini üç ay müddətində təmin etmək bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN ödəniş” terminalları vasitəsilə elektron viza üçün bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində müraciət etmək imkanı olduğu barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edib bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Videodan reportajı daha ətraflı dinləyə bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri